Bakıda Türk Filmləri Həftəsi keçiriləcək

Tədbirin açılışı noyabrın 16-da Nizami Kino Mərkəzində baş tutacaq.

847293
Bakıda Türk Filmləri Həftəsi keçiriləcək

Azərbaycanın paytaxtı Bakıda Türk Filmləri Həftəsi keçiriləcək.

Tədbirin açılışı noyabrın 16-da Nizami Kino Mərkəzində baş tutacaq.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Yerli Düşüncə Dərnəyinin sədri Mətin Gündoğdunun da iştirakı nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Türk Filmləri Həftəsi noyabrın 20-nə kimi davam edəcək.

Qeyd edək ki, tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yerli Düşüncə Dərnəyi tərəfindən təşkil olunur. 

 

Mənbə:Report İnformasiya Agentliyi



Әlaqәli Xәbәrlәr