Tehranda Türk-İslam Mədəniyyətində Ebru Sənəti nümayiş etdirildi

“İnsan ebru işləyərkən neqativ bir şey düşünmür. Sakitləşirsiniz. Seyr etməsi belə xoş bir sənətdir ebru. O, insanlarla ünsiyyət qurmağa imkan yaradır. Sənətin insanlar arasında dostluq yaratdığına inanıram", F.Yeşil.

824008
Tehranda Türk-İslam Mədəniyyətində Ebru Sənəti nümayiş etdirildi

  Ebru sənətkarı Fatih Yeşil Tehran Yunus Əmrə İnstitutunun dəvətilə getdiyi İranda təşkil edilən ebru atolyesində çalışır və gələn qonaqlara erbu sənətinin xüsusiyyətlərini izah edir:

  “İnsan ebru işləyərkən neqativ bir şey düşünmür. Sakitləşirsiniz. Seyr etməsi belə xoş bir sənətdir ebru. O, insanlarla ünsiyyət qurmağa imkan yaradır. Sənətin insanlar arasında dostluq yaratdığına inanıram.

  İranın paytaxtında ebrunun təqdimatının əhəmiyyətinə toxunan F.Yeşil deyib: “İlk dəfə türklər yaşayan məkanlarda ebru sənəti yaranıb. Türküstandan İrana, İrandan Anadolu torpaqlarına yayılıb. Amma hazırda İranda ebru sənəti icra edən yox dərəcəsindədir. İşimizin əhəmiyyəti burada bir daha ortaya çıxır.

  Ümumiyyətlə isə türk sənəti ebru ilə dünyanın bir çox yerlərində məşğul olan insanlar var. Bu, sevindirici haldır. Deyərdim ki, ebrunun mərkəzi İstanbuldur".

  İranın paytaxtı Tehrandakı Humanitar və Mədəni Araşdırmalar Mərkəzində sentyabrın 10-da Fatih Yeşilin də iştirakı ilə Türk-İslam Mədəniyyətində Ebru Sənəti Seminarı keçirilib.



Әlaqәli Xәbәrlәr