Bollywood ulduzu Aamir Khan Türkiyəyə gəldi

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvətilə İstanbulda olan Aamir Khan yeni filmi “Secret Superstar” filminin təqdimatı üçün keçirilən mətbuat konfransında iştirak edib.

820752

Ulduz “Mən bir ssenarini oxuyarkən, filmə baxan bir tamaşaçı oluram və yenə oxuyarkən ssenari məni həyəcanlandırırsa, duyğulandırırsa, o zaman bu işin bir hissəsi olmaq istəyirəm. Seçimlərim mənim şəxsiyyətimi əks etdirir.” deyib.

Aamir Khan Türkiyədə olduğuna görə çox xoşbəxt olduğunu bildirərək deyib ki, bir neçə ildir həqiqətdən buraya gəlməyi çox arzu edirdim. Xüsusilə bir neçə il əvvəl Türkiyədə filmlərimə baxan gənc dostlarımdan sosial şəbəkələrdən gözəl paşlaşmalar alırdım. Filmlərimə baxdıqlarını bilirəm. Çox xoşbəxtəm. Onlar məni hər zaman Türkiyəyə dəvət edirlər. Xeyli zamandır mən də buraya gəlməyi istəyirdim. Ailəm də Türkiyəyə gəlmişdi və bir daha gəlmək istədiklərini söyləyirdilər.

Sənətçi Türkiyədə oktyabrın 20-də nümayiş etdiriləcək yeni filmi “Secret Superstar” haqqında da məlumat verib.

Әlaqәli Xәbәrlәr