Türkiyənin Oskar mükafatına namizəd seçdiyi film Kanada tamaşaçılarını ağlatdı

Amerika Birləşmiş Ştatlarında gələn il 90-cı dəfə keçiriləcək Kinematoqrafiya Sənət və Elm Akademiyasının mükafatı - Oskar mükafatı üçün Türkiyənin namizəd seçdiyi "Ayla" filmi Kanadanın Toronto şəhərindəki festivalda ekrana çıxdı.

806915
Türkiyənin Oskar mükafatına namizəd seçdiyi film Kanada tamaşaçılarını ağlatdı

Amerika Birləşmiş Ştatlarında gələn il 90-cı dəfə keçiriləcək Kinematoqrafiya Sənət və Elm Akademiyasının mükafatı - Oskar mükafatı üçün Türkiyənin namizəd seçdiyi "Ayla" filmi Kanadanın Toronto şəhərindəki festivalda ekrana çıxdı.

Can Ulkayın rejissorluq etdiyi film 42-ci Toronto Beynəlxalq Film Festivalının (TİFF) market bölümündə nümayiş olundu.

Can Ulkay filmin nümayişindən sonra "Ayla"nın  ssenarisinin həqiqi həyat hekayəsi əsasında yazıldığını söylədi. Hekayənin qəhrəmanları -  gizir Süleyman və Aylanın hələ həyatda olduqlarını qeyd edən Ulkay onların bütün premyera və nümayişlərdə iştirak etmələrini təmin edəcəklərini bildirdi. Filmin əsas anlayışlarının sevgi, ayrılıq və dostluq olduğunu vurğulanyan Ulkay:" Bu amilləri film boyunca ön planda tutmağa çalışdıq. Filmdə tamaşaçıya çatdırmaq istədiyimiz ana ideya isə Türk insanının içində yaşatdığı sevgisidir. İstər əsgər olsun, istər başqa biri, bizim üçün əsas olan ordakı qıza sahib çıxmağımız və onu xilas etməyimizdir. Ayla kimi onlarla uşağı xilas etmişik və hamısına sahib çıxmışıq" ifadələrini işlətdi.

Ulkay:" Filmimizi ayaq üstə və göz yaşları ilə alqışladılar. Filmin sonunda hamı ağlayırdı. Bunun səbəbi duyğu və sevgi yüklü, insani dəyərləri ön plana çıxaran əsərlərə ehtiyacın olmasıdır" deyə danışdı.

Baş rollarını Çətin Tekindor, İsmayıl Hacıoğlu və Lee Kyung-Jinin bölüşdüyü "Ayla" ötən ay Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və kinomatoqraflardan ibarət 17 nəfərlik jüri tərəfindən ABŞ-da 4 Mart 2018-ci ildə  keçiriləcək 90-cı Oscar Mükafatları müsabiqəsi üçün "Ən Yaxşı Xarici Film" nominasiyasında Türkiyənin namizədi olaraq seçilib.
 
 1950-ci ildə Koreya Müharibəsində yaşanan dramatik bir hekayədən bəhs edən filmdə Türk hərbi qüvvələrinin giziri Süleyman döyüş meydanında kiçik bir qız tapır. Müharibənin ortasında qalan 5 yaşlı koreyalı yetim qıza sahib çıxan gizir qızı yanına alır və ona Ayla adını verir. Ayla ilə gizir qısa müddətdə ata-qız kimi olurlar. Lakin 15 aydan sonra Türk hərbi qüvvələrinin vətənə qayıtması barədə qərarı çıxır. Aylanı qoyub dönmək istəməyən gizir Süleyman hər yolu sınasa da,  Aylanı özü ilə apara bilmir. Kiçik qızdan ayrılmaq məcburiyyətində qalan gizir və Ayla vidalaşarkən yenidən bir araya gəlməyə söz verirlər.

 

 

 



Әlaqәli Xәbәrlәr