Bir il sonra TRT yenə 15 İyul keşiyində idi

15 İyul tarixə həm də TRT - Türkiyə Radio Televiziya Qurumuna qiyamçıların basqını və qiyamçılardan qurtuluş günü kimi düşür.

771539
Bir il sonra TRT yenə 15 İyul keşiyində idi

  Bir il sonra TRT yenə 15 İyul keçiyində idi.

  TRT-nin paytaxt Ankaranın Oran rayonundakı əsas binası həyətində qurulan çadırda demokratiya keşiyi çəkildi.

  Demokratiya keşiyi çadırına baş çəkən TRT-nin Baş direktoru İbrahim Eren cəfakeş vətən aşiqlərilə bir il əvvəl 15 İyulda yaşananlardan danışdı.

  Qiyamçılardan ikisinin TRT-yə girdiyi o gecədən bəhs edən İbrahim Eren dedi: "O gecə burada - TRT binasında çox güllə atılsa da, heç kim geri addım atmadı. İctimaiyyətin televiziyası olan TRT-ni təkrar elə xalq qurtardı. Çevriliş cəhdi gecəsi TRT işçiləri də küçələrdə idi. Az sonra 15 İyul gecəsi həm ölkə, həm xaricində nələr yaşandığı barədə sənədli filmlər hazırladıq. Türkiyənin rayonlarında olduğu kimi xaricdə də türklər küçələrə düşmüşdü".



Әlaqәli Xәbәrlәr