Dünya rəssamları Kosovada görüşdü

VI Beynəlxalq Avro Kosova İncəsənət Festivalı 13 ölkənin təxminən 50 rəssamını görüşdürüb.

752952
Dünya rəssamları Kosovada görüşdü

  Kosovalıların “Exarte” Sənət Dərnəyinin təşəbbüsü, Kosova Mədəniyyət, Gənclik və İdman Nazirliyi, Yerli Hökumət Rəhbərlikləri Nazirliyi, Yunus Əmrə İnstitutu və Fuş Kosova Bələdiyyəsinin əməkdaşlığyla təşkil edilən VI Beynəlxalq Avro Kosova İncəsənət Festivalı 13 ölkənin təxminən 50 rəssamını görüşdürüb.

  Priştina Yunus Əmrə İnstitutunun direktoru Mehmet Ülker festivalda iştirak edən rəssamların bir həftə boyu təşkil edilən seminar günlərində görüşlərinin məlumat və təcrübə mübadiləsi şəraitində keçdiyini söyləyib.

  Təxminən 6 ildir Kosovada Türkiyəni təbliğ etdiklərini bildirən M.Ülker deyib: "Bir il ərzində 10 fərqli sahə və 45 başlıq altında 672 tədbir və toplantılar reallaşdırdıq. Dostluq konsertlərindən tutmuş kurslara, sərgilərdən festivallara qədər bir çox fəaliyyətə imza atdıq. Bu festivaldan az əvvəl VI Türk Caz Həftəsi, IV İpək Kitab Sərgisi və “Mənim Priştinam” adlı Şəkil və Fotoqraf Yarışı təşkil etdik.”

  “Exarte” Sənət Dərnəyinin rəhbəri, rəssam Məhəmməd Əhmədi Metis də öz növbəsində başqa ölkələrin rəssamlarını tanımaq-tanıtmaq üçün Kosovada bir araya gəldiklərindən danışaraq fesivala hər il marağın daha da artdığını deyib və "Kosova sənətini də dünyaya açmağa çalışırıq. Bunu bacardığımıza inanıram" söyləyib.  



Әlaqәli Xәbәrlәr