“Gökyüzünün Qapısı” serialının çəkimi davam edir

Qüdsdəki Fələstinlilərin illərdir yaşadıqları problemlər “Gökyüzünün Qapısı” serialı ilə ekranlara daşınır.

698526
“Gökyüzünün Qapısı” serialının çəkimi davam edir

Qəzzada 5 min kvadrat metrlik sahəyə qurulan platoda çəkilişləri davam edən serial ilǝ, Qüdsdə yaşayan fələstinlilərin illərdən bəri yaşadıqları çətinliklər təsvir edilir. Serialın çəkildiyi plato isə, böyüklüyü və xüsusiyyətləri baxımından Fələstin kinoteatrı üçün ilk hesab edilir.

Qəzzanın cənubundakı Xan Yunus şəhərində qurulan sahədə Qüdsün köhnə məskunlaşma yerlərindən Məscidi-Əqsanı da əhatə edən Köhnə Şəhər bölgəsindəki məhəllələr yenidən canlandırılır.

Məscidi-i Əqsanın yaxınlığındakı "Babus Silsilə" (Silsilə Qapısı) Məhəlləsi ilə eyni memarı tərzdə yaradılan platodaki divarlar, çayxanalar, evlər və yollar diqqət çəkir.



Әlaqәli Xәbәrlәr