Bu rəssamın əsəri 48 milyon funt sterlinqə satılıb

Qustav Klimtin “Çiçək bağçası” əsəri 48 milyon funt sterlinqə satılıb

683959
Bu rəssamın  əsəri 48 milyon funt sterlinqə satılıb

Avstriyanın modernist rəssamı Qustav Klimtin “Çiçək bağçası” əsəri Londonun “Sotheby's” satış evində təxminən 48 milyon funt sterlinqə alıcı tapıb və Avropada satılan üçüncü ən bahalı incəsənət əsəri olub.

“Sotheby's” satış evinin impressionizm və müasir incəsənət bölməsinin başçısı Helen Nyumanın sözlərinə görə, “Çiçək bağçası” Qustav Klimtin indiyə qədər hərraca çıxarılan ən möhtəşəm əsərlərindən biridir.

“Rəssamın belə miqyaslı əsərlərinin əksəriyyəti dünyanın iri muzeylərində saxlanır və ötən onilliklərdə yalnız onlardan bir neçəsi hərraclarda görünüb”, - deyə Nyuman əlavə edib.



Әlaqәli Xәbәrlәr