“Harry Potter”dəki məşhur aktyor dünyasını dəyişdi

Dünya kinosunun tanınmış nümayəndəsi, ingilis aktyoru Con Hert (John Hurt) 77 yaşında həyata gözlərini yumdu.

660959
“Harry Potter”dəki məşhur aktyor dünyasını dəyişdi

  “Harry Potter”, "V for Vendetta", "Fil Adam" və bir çox filmdə gözəl obrazlar yaradan aktyor yaddaşlarda dərin iz buraxıb.

  Əsil adı Con Vinsent (John Vincent) olan ingilis aktyoru 22 yanvar 1940-cı ildə İngiltərənin Derbişir (Derbyshire) şəhərində dünyaya gəlib.

  60 illik karyera həyatında o, 200-dən çox film və seriala çəkilib.

  İki dəfə Oscar namizədi olan aktyor bir “Qızıl Kürə” və dörd “BAFTA” mükafatına layiq görülmüşdü.



Әlaqәli Xәbәrlәr