Türkiyə turizm sahəsində dünyada 6, Avropada isə 4-cü yerdədir

Mədəniyyət və turizm naziri Nabi Avcı paytaxt Ankarada davam edən 9-cu Səfirlər Konfransında çıxış edərək, səfirlərə Türkiyənin tanış edilməsinə verdikləri dəstəklərə görə təşəkkür edib.

649553

Avcı Türkiyənin turizmdə Rusiya, İngiltərə və Almaniya bazarları ilə özünü məhdud etməməsi, arxayın olmaması, dəyişik bazarlara və sektorlara  üz tutmasının vacibliyini dilə gətirib.

Türkiyənin turizm sahəsində istisna xüsusiyyətlərə sahib olduğunu vurğulayan nazir deyib ki, turizm sahəsində dünyada 6, Avropada isə 4-cü yerdəyik. İlk üç yerdə olmamaq üçün heç bir səbəb yoxdur. Bunun üçün bütün şərtlərimiz mövcuddur. Rəqiblərimizə görə bir sıra üstünlüklərimiz də var, bunu həm biz həm də onlar bilir.

Turizmdə cari il üçün proqnozların nikbin olduğunu dilə gətirən Nabi Avcı qeyd edib ki, bunun səbəblərindən biri keçən il Türkiyəyə gəlməyənlər başqa ölkəyə də getmədi. Digər səbəb isə Almaniya və İngiltərədə səhayət şirkətlərinin araşdırmalarının nəticəsidir. Çünki Türkiyəyə gələn turistlər ölkəmizdəki üstünlükləri görür, bunları başqa ölkələrdə görə bilmirlər. Həmçinin Türkiyənin turizm sahəsində sahib olduğu müxtəliflik də unutulmamalıdır.

Әlaqәli Xәbәrlәr