Rick Parfitt vəfat etdi

İngiltərənin məşhur rok qrupu "Status Quo"nun gitaraçısı Rick Parfitt  68 yaşında vəfat etdi.

637289
Rick Parfitt  vəfat etdi

İngiltərənin məşhur  rok qrupu "Status Quo"nun gitaraçısı Rick Parfitt  68 yaşında vəfat etdi.
 
Rick Parfitt İspaniya xəstəxanalarından birində həyatla vidalaşdı.
 
 Parfitt  "Rockin' All Over The World" və" Whatever You Want" parçaları ilə illərlə milyonların könlündə taxt qurmuşdu.
 
 11 yaşında gitara çalmağa başlayan Parfitt  yay düşərgəsində tanış olduğu Francis Rossi ilə 1960-cı illərdə "Status Quo" qrupunu yaratdı.

1985-ci ildə Afrikada aclar üçün təşkil olunan "Live Aid" konsertinin də açılışını Parfitt etmişdi.
 
 Parfitt bu il Antalyada Expo 2016 sərgisində də iştirak etmiş, konsertdən sonra infarkt keçirmişdi.



Әlaqәli Xәbәrlәr