Türkan Şoraya Azərbaycanda “Avrasiya əfsanəsi” mükafatı verildi

Mükafatı alan aktrisa: "Azərbaycanlıları çox sevirəm” dedi.

613439
Türkan Şoraya Azərbaycanda “Avrasiya əfsanəsi” mükafatı verildi

Fransız aktyor, rejissor və ssenarist Robert Hossein və Türkiyənin tanınmış aktrisası Türkan Şoraya noyabrın 17-də Bakıda “Avrasiya Əfsanəsi” mükafatı tədqim olundu. Bu mükafatı Avrasiya Akademiyası təsis edib. Elə təqdimat mərasimi də Avrasiya Akademiyasının İkinci Rəsmi Məclisində baş tutdu.

Məclisdə tanınmış elm, ədəbiyyat, musiqi və incəsənət adamları, hökumət təmsilçiləri, deputatlar, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə həmçinin Robert Hossein Türkan Şoray haqqında tanıtım filmləri nümayiş etdirilib. Ardınca da onlara Avrasiya Akademiyasının üzvlük diplomu və “Avrasiya Əfsanəsi” mükafatı tədqim olunub.

Qeyd edək ki, Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və bu mükafata layiq görülən ilk qadındır.

Türkan Şoray media nümayəndələrinə açıqlamasında üçüncü dəfə Bakıya gəlməkdən məmnun olduğunu deyib: “Təkrar Bakıda olmaqdan çox məmnunam. Sevənlərimə bizi yalnız buraxmadığı üçün təşəkkür edirəm. Qardaş, dost ölkədə üçüncü dəfə olmaqdan çox xoşbəxtəm. Mehriban insanların münasibəti məni çox sevindirir. İnsanların sevgisini hiss edirəm. Bu məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm”.



Әlaqәli Xәbәrlәr