Brüssel ‘15 İyul fotoğraf sǝrgisinǝ ev sahibliyi edir’

Belçikanın paytaxtı Brüsseldə, Fǝtullahçi Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (feto / PDY)-nin 15 iyul çevriliş cǝhdi ilǝ ǝlaqǝli Fotoğraf Sərgisi açılıb.

596435
Brüssel ‘15 İyul fotoğraf sǝrgisinǝ ev sahibliyi edir’

Avropalı Türk Demokratlar Birliyi tǝrǝfindǝn (UETD) Monaire Meydanında açılan sərgidə, 40 fotoşəkil nümayiş etdirilir. Anadolu Agentliyinin (AA) foto müxbirlərinin çevriliş cǝhdinin olduğu gecǝ vǝ daha sonra çəkdiklǝri fotoşəkillərdǝn tǝşkil tapan sǝrgi 29 oktyabra qədər ziyarǝtǝ açıq olacaq.

Sərgi, Belçikadan sonra Avropanın digǝr ölkələrində də açılacaq.

UETD-in Belçikadakı başçısı Hamarat, 15 İyulda Türk xalqının çox böyük izdirab çǝkdiyini, bu sǝbǝblǝ bütün dünyanın vǝ Avropanın buna şahid olmasını, hiss etməsini istədiklǝrini qeyd edib.

Sərgini gəzənlǝr dǝ, çevriliş cǝhdi ilǝ bağlı xǝbǝrlǝri izlǝmǝlǝrinǝ baxmayaraq gördüklǝri qarşısında çaşqın olduqlarını vǝ çox tǝsirlǝdiklǝrini sǝslǝndiriblǝr.



Әlaqәli Xәbәrlәr