Türk klassiklərindən seçmələr 7 dildə dünyaya açılır

Türk klassiklərindən seçmələr ingilis, fransız, ispan, rus, alman, Bosniya və Koreya dillərində dərc olunub.

591401
Türk klassiklərindən seçmələr 7 dildə dünyaya açılır

 'Mavi Ağac' nəşriyyatının çap etdiyi Türk klassiklərinin əsərlərindən ibarət  64 cildlik seçmələr 7 dilə çevrilərək, Frankfurt Kitab Sərgisinə gələnlərə pulsuz paylanacaq.
 
 Türkiyə Nazirlər Kabineti Tanıtma Fondunun dəstəyi ilə, Safahat, Qutadqu-bilik, Səyahətnamə, Məsnəvi, Yunus Əmrə Divanı, Nitq, Nəsrəddin Xoca, Hacivat və Qaragöz və Ömər Seyfəddinin hekayələrindən toplanan bölümlərin 7 dilə çevrildiyi Türk klassikləri seriyası oktyabrın 19-da Almanyada Frankfurt Kitab Sərgisində sərgisində oxucularla görüşəcək.
 
 Türk klassiklərindən seçmələr ingilis, fransız, ispan, rus, alman, Bosniya və Koreya dillərində dərc olunub.
 
 Hədəf Türk klassiklərini beynəlxalq arenaya çıxararaq insanları Türk mədəniyyəti ilə tanış etməkdir.
 
 Seçmələr layihə çərçivəsində noyabr ayında Meksikada dünyanın ikinci ən böyük kitab sərgisi sayılan Guadalajara Kitab Sərgisində, 2017-ci ilin aprelində isə Sarayevo Kitab Sərgisində nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr