Sənədli film müsabiqəsində mükafatlandırma

Türkiyənin Safranbolu şəhərində başa çatan XVII Beynəlxalq “Altın Safran” sənədli film festivalında son gün sənədli film müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

584045
Sənədli film müsabiqəsində mükafatlandırma

  1-ci yeri Oğuzhan Alparslanın “Mənəviyyatını qoruyan şəhər – İstanbul” sənədli filmi,

  2-ci yeri Cəmaləddin İrkenin “Anadolunun gözü Gülcan Acar” sənədli filmi qazanıb.

  Digər mükafat və təltiflər də sahiblərinə təqdim edilib.

  Mərasimdə çıxış edən Safranbolu Bələdiyyə sədri Necdət Aksoy builki festivala çoxlu iştirakçının qatıldığını, foto yarışmasının ilk dəfə beynəlxalq müstəviyə çıxaraq mərkəzi Parisdə yerləşən Beynəlxalq Fotoqraflar Dərnəyinin elan bölməsində yer aldığını bildirdi: “Bu elandan sonra müsabiqəyə xeyli sayda fotoqraf qoşuldu. 535 sənətçi tərəfindən foto göndərildi ki, onların 100-ü xarici fotoqraflardır”.

  Foto yarışmanın nəticələri elan olunduqdan sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.

  Beləliklə, zəngin tədbirlərlə dolu “Altın Safran” festivalı başa çatıb.

  Festivalın Azərbaycanlı iştirakçılarından biri, jurnalist Mehparə Sultanovanın söylədiyinə görə, “Festival boyu diqqəti cəlb edən əsas məqam bütün tədbirlərin yalnız tarixi məkanlarda keçirilməsi idi. Tədbirlərə qatılan qonaqlar da öncə o yerin tarixi ilə maraqlanırdı. Yəni “Altın Safran” sənədli film festivalında sənətkarlıq işlərinin təqdimatı ilə yanaşı, həm də şəhərin tarixi irsi geniş ölçüdə hər kəsə təqdim olunurdu. Bu məkanlarda sənət əsərləri ilə tanışlıq həm də Safranbolunun qədim, orta əsr və yeni tarixi ilə tanışlıq demək idi.”



Әlaqәli Xәbәrlәr