Məşhur İspan sənətçi Manolo Carrasco Antalyada konsert verǝcǝk

Məşhur İspan sənətçi Manolo Carrasco, 17-ci Antalya Beynəlxalq Piano Festivalı çərçivəsində Türk musiqi sevərlərǝ  konsert verǝcǝk.

575790
Məşhur İspan sənətçi Manolo Carrasco Antalyada konsert verǝcǝk

Festivalın mǝtbuat xidmǝtindǝn virilǝn açıqlamada İspaniyada 33, fərqli ölkələrdə isə 20 albom çıxaran  mǝşhur pianoçu Carrasconun, 25 Sentyabrda flamenkonu piano ilə bütünleştirdiği "Flamenco Passion" icrası  ilǝ  Türkiyənin  Antalya  şǝhǝrindǝ konsert verəcǝyi  bildirilib.

Moskvanın Qırmızı Meydan və Kreml Sarayında performans sərgiləyən ilk İspan  musiqiçi  olaraq bilinən Carrasco: “Daha əvvəl İstanbulda  oldum. Məncə dünyanın ən gözəl  şəhərləri arasında. Əslində yeni bir albom çıracağam.  Türkiyə vǝ  musiqisi  bu  yeni  albomda ǝks edǝcǝk.  Türk sənətçilərlə tanış olmaq və çalışmaq istəyirǝm. Bəzi Türk müğənnilərin etdiyi xalq və pop musiqisini çox sevirəm, məsələn Sertab Erenerin Eurovisionda sǝslǝndirdiyi  vǝ qǝlǝbǝ qazandığı   mahnı ya  da  Tarkanın mahnıları kimi.

Qeyd  edǝk ki, Dirijorluq haqqında da zǝngin məlumata sahib olan Manolo Carrasco, ilk dəfə 19 yaşında öz albomu  olan  “Suenos də Juventud”un qeydləri əsnasında London Kral Filarmonik Orkestrasında Dirijorluq  etdi. 5 qitədə minlərlə konsert verən Carrasco, bəstəkar, pianoçu, Dirijorluqdan başqa bəstələriylǝ də İspaniya və Fransada piano nominasiyasında bir çox mükafata layiq görülüb.  

 

 



Әlaqәli Xәbәrlәr