Dünyanın məşhur ədəbiyyatçıları İstanbulda görüşəcəklər

Sentyabrın 28-də İstanbulda " Doqquzuncu Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı" başlayacaq.

574042
Dünyanın məşhur ədəbiyyatçıları İstanbulda görüşəcəklər

Sentyabrın 28-də İstanbulda " Doqquzuncu Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı" başlayacaq.
 
 Bu il şeirlə yanaşı hekayə, roman və uşaq ədəbiyyatını da iştirak edəcəyi festivalda Şekspirin ölümünün 400-cü və Türk mütəfəkkiri Cəmil Meriçin doğumunun 100-cü ildönümləri münasibətilə müxtəlif tədbirlər keçiriləcək.
 
 İngiltərə, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Sloveniya, Avstriya, Almaniya, Polşa, İsveç, Macarıstan, Bosniya Və Herseqovina, Livan, Mərakeş, Suriya, Çin, Argentina, Meksika və Avstraliyanın məşhur ədəbiyyatçılarının iştirak edəcəyi festivala Türkiyədən də bir çox yazıçı və şairlər qatılacaq.
 
 Türkiyədə "Sabahın Eşqi" kitabı ilə tanınan Fransız filosof Eric Sadin və müasir Sloven ədəbiyyatının və Avropanın ən məşhur yazıçılarından sayılan, "2011 Avropa Ədəbiyyat Mükafatı" nın sahibi Drago Jancar, Qərbdə Osmanlı haqqında yazdığı tarixi romanları ilə tanınan İngilis yazıçısı Jason Goodwin, "Dünya Poeziya Hərəkatı" nın təsisçilərindən avstraliyalı Filip Hammial da festivala qatılacaq tanınmışlar arasındadırlar.
 
 Türkiyə Nazirlər Kabinetinin Tanıtım Fondunun, Bəyoğlu Bələdiyyəsinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin sponsorluğu ilə keçirilən festivalın tədbirləri Pera Palas, Əhməd Həmdi Tanpınar Kitabxanası, Yerebatan Sarnıcı, Gülhanə Parkı, Emirgan Lalə Muzeyi, Qaranlıq İşlər Moda Səhnəsi, Minoa Kitabevi, Turabibaba Kitabxanası və Poeziya Xətləri Bərəsində 28 sentyabr-2 oktyabr tarixlərində keçiriləcək.



Әlaqәli Xәbәrlәr