Qədim xına sənətini müasir tərzdə yaşadır

Əl üzərində xınadan növbənöv kiçik miniatür rəsmlərinin çəkilməsi son zamanlar dəb halına düşüb

555286
Qədim xına sənətini müasir tərzdə yaşadır

Şərq dünyasının ümumi adət-ənənələri birdir, ya da bir-birinə çox bənzərdir. Məsələn, xına və xınayaxdılar. Azərbaycan, Türkiyə, İran, Hindistan və bunlara yaxın ölkələrdə xına qızların və gözəl günlərin bəzəyidir.

  Hər il Türkiyə və müxtəlif beynəlxalq sərgilərdə əl üzərində xına miniatür işləri nümayiş olunan Türnaz Altınsoy bu işin sirrini ilk olaraq İranın Qərbi Azərbaycan əyalətində Urmiyə Universiteti təzhip və miniatür bölümündə alıb, sonra isə Hindistan və Türkiyədə inkişaf etdirib. Türkiyənin Hacettepe Universitetinin Türk Xalq Elmi fakültəsini bitirən Türnaz hal-hazırda eyni ixtisas üzrə Ankara Qazi Universitetində magistr təhsili alır.  

  Türnaz Altınsoy deyir: “Hindistanda qaldığım üç ay müddətində aldığım xüsusi xına-dizayn təhsilindən sonra - 2013-cü ildən bəri xına gecələri, toy, ad günləri və beynəlxalq dizayn sərgilərində professional xına dizayneri kimi fəaliyyət göstərirəm. Bilirsiniz ki, son zamanlar xınadan müxtəlif bəzək işləri görmək dəb halına düşüb. Mən müxtəlif mərasimlərdə, xüsusən də xına gecələrində seçilmək istəyən xanımlar üçün əl üzərində xınadan növbənöv kiçik miniatür rəsmləri çəkirəm. İşimdən zövq alıram. Qədim sənətimizi müasir tərzdə yaşadanlardan biri olduğum üçün qürur duyuram”.    

 

Qeyd edək ki, xınanın tarixi çox qədim dövrlərə söykənir. Xına bitkisində olan sərinləşdirici maddə ilk dəfə sadə insanlar tərəfindən müəyyən olunub, sonra istifadəsi genişlənməyə başlayıb. Türk cəmiyyətlərində xına yaxan xanım xüsusi seçilirmiş ki, bəzək işini gözəl şəkildə həyata keçirsin.



Әlaqәli Xәbәrlәr