"Cafe Society"nin Türkiyə premyerası

Woody Allenin son filmi "Cafe Society"nin Türkiyə premyerası avqustun 9-da İstanbulda Rexx kinoteatrında olacaq.

543100
"Cafe Society"nin Türkiyə premyerası

Çəkdiyi filmlərə görə dəfələrlə beynəlxalq mükafatlara layiq görülən məşhur rejissor Woody Allenin son filmi "Cafe Society"nin Türkiyə premyerası avqustun 9-da çərşənbə axşamı günü İstanbul Film Festivalı və "Bir Film"in  əməkdaşlığı ilə  Rexx kinoteatrında keçiriləcək.
 
 2016 Cannes Film Festivalının açılış filmi kimi göstərilən "Cafe Society"nin aktyor heyətində Jesse Eisenberg, Kristen Stüart, Blake Lively, Parker Posey, Steve Carell, Corel Stoll və Sheryl Li kimi məşhur aktyorlar var.
 
New York və Hollywoodun 1930-cu illərdəki hekayəsindən bəhs edən filmin mövzusu qısa şəkildə belədir:
 
 " Ziynət əşyaları tacirinin ən kiçik oğlu olaraq Bronxda doğulan Bobby Dorfman atasının zərgər dükanında darıxdığında dayısı Philipin yanında, Hollywoodda qalır. Dövrün ən populyar film ulduzlarının meneceri olan Philipin agentliyində işləməyə başlayan Bobby Hollywoodun qalmaqal, dedi-qodu və gözəl qadınlarla dolu fərqli dünyasını kəşf edir".



Әlaqәli Xәbәrlәr