Tarkan “Expo 2016”da konsert verdi

Məşhur türk müğənnisi Tarkan “Expo 2016” Beynəlxalq Proqramı çərçivəsində Antalyada pərəstişkarlarının görüşünə gəlib

526515
Tarkan “Expo 2016”da konsert verdi

   “Kır Aktivite Alanı”ndan səhnəyə çıxan Tarkan "Acımayacaq", "Sevdanın son vuruşu", "Bu gecə", "Vay anam, vay”, “Dudu" və s. mahnılarını səsləndirərək tamaşaçılarına gözəl bir konsert təqdim edib.

  Qeyd edək ki, açıldığı gündən bu yana “Expo”da Xose Karreras (Jose Carreras), fransız soprano Emma Şaplin (Emma Shapplin), “Grammy” mükafatlı ABŞ musiqi qrupu “Maroon 5”, əfsanəvi qrup “Simply Red”, Diip Parpl (Deep Purple), ingilis “Status Quo”, “Dj Afrojack” kimi dünya məşhurları konsert verib.



Әlaqәli Xәbәrlәr