İstanbul Şokolad Festivalı

Dilindən, dinindən, mədəniyyətindən asılı olmayaraq bütün insanların görüş nöqtəsi və qucaqlaşdığı İstanbul bu dəfə sevgi qoxulu şokoladla aləmə səs salacaq

522754
İstanbul Şokolad Festivalı

  İstanbulda şokolad sevənləri görüşdürmək və onlara şokolad mədəniyyətini göstərmək üçün ediləcək festival çərçivəsində bir çox Türkiyə və xarici şokolad firması Beşiktaş Meydanında geniş xalq kütlələrilə bir araya gələcək.

  Dilindən, dinindən, mədəniyyətindən asılı olmayaraq bütün insanların görüş nöqtəsi və qucaqlaşdığı İstanbul bu dəfə sevgi qoxulu şokoladla aləmə səs salacaq.

  Festival şokolad sərgiləri, çıxışlar, konsert və uşaqlar üçün şənliklər, teatr tamaşaları, əyləncəli tədbirlər, şokoladdan modalar, gözəl sənətlər fakültəsi müəllimlərinin şokoladan hazırladığı heykəlciklər, “workshop”lar və s.-lə şokolad sevənlərə unudulmaz xatirələr bəxş edəcək.

  İstanbul Şokolad Festivalını ənənəvi hala gətirməyi planlaşdırılır.

  30 oktyabr bazar günü başlanacaq İstanbul Şokolad Festivalı 4 noyabr cümə gününə qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr