Gözəgəlimli komediya filmləri oldu

Türkiyədə 2016-cı ilin ilk 6 ayında ən çox izlənilən 10 filmdən 7-si yerli istehsal komediya filmləri olub

522680
Gözəgəlimli komediya filmləri oldu

   “Box Office”in araşdırmalarına görə, kinosevərlər ilin ilk yarısında ən çox Burak Özçivit, Murat Boz və Aslı Enverin baş rolları paylaşdığı "Qardaşım mənim" filminə baxıblar. Siyahının başında yer alan film iki qardaşın atalarının vəsiyyətini yerinə yetirmək üçün illər sonra bir araya gələrək etdikləri romantik və komik səfərdən bəhs edir.

  “Qardaşım mənim” kinoteatrlarda nümayiş etdirildiyi 15 həftə ərzində 2 milyon 63 min 133 adam tərəfindən izlənilərək büdcəyə 23 milyon 79 min 430 lira qazandırıb.

  Yanvar ayının sonundan ekranlara çıxan Meltem Bozoflunun "Dədəmin çeki" filminə isə 2 milyon 15 min 665 adam baxıb və kinoteatrlarda 9 həftə göstərilməklə 22 milyon 912 min 770 lira əldə edib.



Әlaqәli Xәbәrlәr