Türkiyə sənətkarlarına Oskar dəvətləri

Nuri Bilge Ceylan və Deniz Qamze Ergüvenə Oskara üzvlük üçün dəvətnamələr gəlib

522254
Türkiyə sənətkarlarına Oskar dəvətləri

  Ağlarla qaralar arasında ayrı-seçkilik edildiyinə görə çox tənqid edilən Oskar Akademiyası 2020-ci ilə qədər qadın və etnik azlıqlardan gələn üzvlərinin sayını iki qata çatdırmaq məqsədiylə 59 ölkədən 683 adama dəvətnamə göndərib.

  Akademiya üzvlüyü üçün dəvət edilənlər arasında Nuri Bilge Ceylan və Deniz Qamze Ergüven də var.

  Dəvət göndərilənlərdən 46 faizi də qadınlar, 41 faizi azlıq mənsublarıdır. Bununla Akademiya qadın üzvlərinin nisbətini 25-dən 27 faizə, azlıq qrupları üzvlərini isə 8-dən 11 faizə yüksəltməyi nəzərdə tutur.

  Xatırladaq ki, keçən il Oskara namizəd göstərilənlər arasında zəncilərin olmaması ictimai mediada "#OscarsSoWhite" etiketiylə əks-səda doğurmuş və aralarında Spayk Li (Spike Lee) və Uil Smitin (Will Smith) də olduğu bəzi məşhur adlar mükafat mərasiminə qatılmamaq qərarı vermişdilər.



Әlaqәli Xәbәrlәr