Tanınmış aktyor vəfat etdi

İtalyan aktyor Bud Spencer 86 yaşında Romada vəfat edib.

519930
Tanınmış aktyor vəfat etdi

İtalyan aktyor Bud Spencer 86 yaşında Romada vəfat edib. Dünya kinosunda əhəmiyyətli rol alan, əsl adı Karlo Pedersoli olan məşhur aktyor Spencer Romada müalicə aldığı xəstəxanada dünən axşam həyatla vidalaşıb. İtalyanların "yaxşı ürəkli nəhəng" adlandırdığı Spencer partnyoru Terense Hill ilə çəkildiyi bir çox filmlər, əsasən də 1960 və 1970-ci illərdə rol aldığı "italyan kavboyu" filmindəki obrazla yaddaşlara həkk olunub.

1929-ci ildə İtalyanın Napol şəhərində dünyaya gələn Spencer aktyorluqla yanaşı fərqli peşələrdə də özünü sınayıb. Yazar, ssenarist, ifaçı, bəstəkar, vəkil və prodüser kimi fəaliyyət göstərib. O, 1952-ci ildə Helsinki, 1956-cı ildə Melburn Olimpiya Oyunlarında milli komandanın tərkibində üzgüçü kimi ölkəsini təmsil edib. Aktyor siyasətlə də yaxından maraqlanıb. Spencer 2005-ci ildə mərkəz sağın lideri Silvio Berluskoninin partiyasından siyasi işlərə qoşulub.

İtalyanın baş naziri Matteo Renzi şəxsi sosial səhifəsində aktyorun vəfatına dair bu sözləri yazıb: "Gülə-gülə Bud Spencer! Səni çox sevmişdik".



Әlaqәli Xәbәrlәr