Maroon 5 EXPO 2016 Antalyada konsert verdi

ABŞ-ın rok musiqi qrupu Maroon 5 EXPO 2016 Antalyada konsert verdi.

507915
Maroon 5 EXPO 2016 Antalyada konsert verdi
maroon 5 antalya konser1.jpg

 Qrammy mükafatı almış qrup açıq hava konsertində sevilən mahnılarını səsləndirdi.
 
 "Sunday Morning", "Moves Like Jagger" kimi mahnıları ilə məşhur olan rok qrupu heyranlarına  əyləncəli  bir axşam bəxş etdi.
 
Qeyd edək ki, Los Angelesdə yaradılan və vokalda Adam Levine, gitarada  James Valentine və Jesse Carmichael, bas gitarada Michael Madden, barabanda isə Matt Flynndən ibarət  Maroon 5, 2005-ci ildə "Ən yaxşı musiqiçi" kateqoriyasında Qrammy mükafatının sahibi olub.
 
  Həmin il  qrupun alboçunun satış rəqəmi 17 milyondan çox olub..
 
 Dünya üzrə verdiyi konsertlərində satılan biletlərin məbləği 50 milyon dollardan çox olan  qrupun "Sugar" adlı mahnısının klipinin  internet məkanında izlənmə sayı milyarddan çoxdur.



Әlaqәli Xәbәrlәr