Anadoludan Azərbaycana

Hər il olduğu kimi bu il də İstanbulda Anadoludan Azərbaycana adlı türk xalq musiqisi konserti təşkil edilib

506363
Anadoludan Azərbaycana

  “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə keçirilən konsertdə İstanbulda yaşayan, İğdır, Kars və Azərbaycandan gəlmiş yüzlərlə iştirakçı olub.

  Hazarfem Rəqs Qrupu və Azərbaycan Kültür Evinin dəstəyilə Leyla Gənclər Opera və Sənət Salonunda Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsiylə başlayan konsert proqramı maraqlı və əyləncəli keçib.

  Hər iki ölkənin dövlət bayraqlarıyla bəzədilmiş salonda Nercivan Özelin dirijorluğuyla TRT İstanbul Radiosu Türk Xalq Musiqi Ansamblının ifasında Türkiyənin və Azərbaycanın xalq musiqiləri səslənib, xalq artisti Nuriyyə Hüseynova və Təbrizli vokal müğənnisi Sevda As Sonayın ifaları dinlənilib. 

  Gecənin ən maraqlı və yaddaqalan hissələrindən biri də Türkiyənin Ege bölgəsinə xas olan Zeybək rəqsinin oynanılması olub. 

  Sonda Xəzər Folklor Təhsil və Araşdırma dərnəyinin Hazarfem Rəqs Qrupunun ifasında Azərbaycan milli rəqsləri oynanılıb.  



Әlaqәli Xәbәrlәr