“8-ci Sǝnǝdli Film Mükafatları”nın tǝqdimat mǝrasimi

Türkiyǝ Radio vǝ Televiziya Qurumunun (TRT) “8-ci Sǝnǝdli Film Mükafatları”nın tǝqdimat mǝrasimi İstanbulda keçirilib.

492293
“8-ci Sǝnǝdli Film Mükafatları”nın tǝqdimat mǝrasimi

Türkiyǝ Radio vǝ Televiziya Qurumunun (TRT) “8-ci Sǝnǝdli Film Mükafatları”nın tǝqdimat mǝrasimi İstanbulda keçirilib.

TRT-nin İstanbulda Tǝpǝbaşındakı studiyalarında tǝşkil edilǝn mǝrasimdǝ çıxış edǝn Qurumun baş dirǝktoru Şenol Göka oktyibar ayında yarışmaya qatılan 480 filmin ilkin tǝsnifatından sonra 38 sǝnǝdli filmin dǝyǝrlǝndirildiyini bildirib.

Şenol Göka yarışmanın builki temasının “Müharibǝ vǝ mǝcburi köç” olduğuna diqqǝt çǝkǝrǝk deyib ki, Suriyadakı faciǝli hadisǝlǝrǝ görǝ ölkǝlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalan qardaşlarımıza ev sahibliyi etmǝyǝ cǝhd göstǝririk. Çünki bilirik ki, ümumilikdǝ bu coğrafiya çox ǝziyyǝtli hadisǝlǝrǝ şahid oldu, yaşadı vǝ yaşadığı yeri tǝrk etmǝyin nǝ mǝnaya gǝldiyini çox yaxşı bilirik. Onları heç bir şǝrtdǝ sǝrhǝdlǝrdǝ saxlamırıq vǝ yaxud da tikanlı, elektirikli mǝftillǝri onlara bir maneǝ olaraq çǝkmirik. Bu hǝssaslıqla builki yarışmanın mövzusu mǝcburi köç oldu, hǝr kǝsi tǝbrik edirǝm.

TRT-nin baş dirǝktoru yarışmanın “Beynǝlxalq” kateqoriyasında birinci yeri tutan “Casa Blanca” sǝnǝdli filminin rejissoru Aleksandra Macıuszekǝ mükafatını tǝqdim edib.

“Milli professional” katǝqoriyada “Yǝmǝn-Türküdǝ gizli olan ǝfsanǝ” sǝnǝdli filmi ilǝ “Әn yaxşı film” mükafatına layiq görülǝn TRT İdarǝ heyǝtinin sǝdr müavini vǝkil Rǝcǝb Şahin, “Milli profǝssional” kateqoriyasında “İstanbul Ticarǝt Palatasının xüsusi mükafatı” “Rǝğmǝn” sǝnǝdli filminin rejissoru Әmrǝ Karapınar, “Mǝdǝniyyǝt vǝ Turizm Nazirliyi xüsusi mükafatı” “Bir sǝs bir nǝfǝs” sǝnǝdli filminin rejissoru  Murat Haksǝvǝr  "Milli Tələbə Filmləri" kateqoriyasında "Ən yaxşı film" mükafatı "Siya Roni: İşığın kölgəsində "sənədli filminin rǝjissoru Mövlud Çiftçi," Mədəniyyət və Turizm Nazirliyi xüsusi mükafatı" "Uçuram Göylərdə" sənədli filminin rejissoru Sǝzər Ağrǝz, "İstanbul Ticarət Palatası xüsusi Mükafatı" "Təpədə Bǝş Qadın" sənədli filminin rejissoru Әcǝ Kınacıya tǝqdim edilib.

“ Beynəlxalq” kateqoriyada isə, ikinci seçilən "Girov" filminin rejissoru Jean-Cosme Delalo, "Mədəniyyət və Turizm Nazirliyi xüsusi mükafatı"na "Protokola ǝsasǝn" filminin rejissoru Annǝ-Mariǝkǝ Graafmans layiq görülüb.



Әlaqәli Xәbәrlәr