'Atatürk Evi'ndə  uşaq tamaşası nümayiş olundu

Yunanıstanın Selanik şəhərindəki 'Atatürk Evi'ndə  uşaq tamaşası nümayiş olundu.

487747
'Atatürk Evi'ndə  uşaq tamaşası nümayiş olundu

 Türkiyənin "Nağılçı Vəqf Dədə Musiqili Uşaq Teatrı" Selanikdə Böyük Öndər Mustafa Kamal Atatürkün doğulduğu və indi muzey kimi fəaliyyət göstərən "Atatürk Evi"nin həyətində tamaşa nümayiş etdirdi.
  Tədbir  Vəqf anlayışını tanıtmaq məqsədilə Türkiyə Vəqflər Müdirliyi tərəfindən həyata keçirildi.
 Atatürkün atası Əli Rza Bəy tərəfindən evin baxçasında əkilən nar ağacının altında nümayiş etdirilən tamaşada Türkiyənin əməkdar teatr xadimi Çətin Azər Araz soydaşlarına vəqf mədəniyyətindən danışdı. Tamaşıçılar da zaman-zaman səhnəyə dəvət edildilər.  Türkiyənin Selanik Baş Konsulu Orxan Yalman Okan oyunun bir hissəsində baba rolunu oynadı.
 
 Okan Türk milləti və dövləti üçün böyük əhəmiyyətə malik Böyük Öndərin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evin həyətində həyəcan dolu bir uşaq tamaşası nümayiş olunduğunu söylədi.

 



Әlaqәli Xәbәrlәr