“Eurovision” mahnı yarışmasında bayraq qalmaqalı

Avropa Yayım Birliyi (EBU) tǝrǝfindǝn qadağan olunan bayraqlarla ǝlaqǝli  siyahı barǝdǝ qalmaqal çıxıb.

482199
“Eurovision” mahnı yarışmasında bayraq qalmaqalı

Avropa Yayım Birliyi (EBU) tǝrǝfindǝn qadağan olunan bayraqlarla ǝlaqǝli  siyahı barǝdǝ qalmaqal çıxıb.

Keçǝn hǝftǝ EBU-nun qadağan olunmuş bayraqla ǝlaqǝli siyahısı “Eurovision” mahnı yarışmasından ǝvvǝl mǝtbuata sızıb.

Siyahı reaksiyaya sǝbǝb olub. Belǝ ki, Fǝlǝstin, Kosova, Krım, Tatar, Şimali Kıbrıs Türk Cümhuriyyǝti vǝ Bask bayraqları dövlǝt olmadıqlarına görǝ “Eurovision-2016” mahnı yarışmasında qadağan edilib. Ayrıca da bu ölkǝlǝr terror tǝşkilatı DEAŞ-ın bayrağı ilǝ hǝmin siyahıda yer tutub.

BMT-yǝ üzv 135 ölkǝ vǝ İsveç tǝrǝfindǝn tanınan Fǝlǝstinin bayrağı ilǝ ǝlaqǝli “Eurovision” icra heyǝtinin qǝrarına reaksiya göstǝrilib.

Yüksǝk sǝviyyǝli fǝlǝstinli bir sǝlahiyyǝtli Avropa Yayım Birliyinin sǝdri Jön Pol Filiponun 11 milyon fǝlǝstinlidǝn üzr istǝmǝsinin vacibliyini ifadǝ edib.

“Eurovision” rǝsmilǝri reaksiyalar qarşısında siyahının yayımlanmayacağını vǝ hǝlǝ qaralama mǝrhǝlǝsindǝ olduğunu irǝli sürüb.

Qeyd edǝk ki, “Eurovision-2016” mahnı yarışması İsveçin paytaxtı Stokholmda keçirilǝcǝk.  Sǝsvermǝ sistemindǝki ǝdalǝtsizliyi tǝnqid edǝn Türkiyǝ 2013-cü ildǝn bǝridir yarışmaya qatılmır.



Әlaqәli Xәbәrlәr