Nəsibə Zeynalovanın 100 yaşı

Azərbaycanın sənətkarlar nəslinin görkəmli nümayəndəsi, xalq artisti, qüdrətli sənətkar Nəsibə xanım Zeynalovanın bu gün 100 yaşı tamam olur.

474588
Nəsibə Zeynalovanın 100 yaşı

Əvəzsiz aktrisanın 100 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqı kitab nəşr etdirəcək. Bu barədə "Report"a İttifaqın sədri, Xalq artisti Azərpaşa Nemət məlumat verib. Onun sözlərinə görə, kitab 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunacaq: "Hazırda Teatr Xadimləri İttifaqında kitabın son tamamlanma işləri gedir. Hazır olan kimi Teatr Xadimləri İttifaqında təntənəli tədbir keçirəcəyik və kitab teatr ictimaiyyətinə təqdim ediləcək".

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Azərbaycanın paytaxtı Bakıda doğulub. Atası Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub.

Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı I Fəxri Xiyabandadır.



Әlaqәli Xәbәrlәr