İraqlı heykəltəraşın Atatürk sevgisi

İraqlı heykəltəraş Samer Dhiaa Atatürkə olan sevgi və heyranlığını keramika parçaları ilə böyük portretdə əks etdirib.

473103
İraqlı heykəltəraşın Atatürk sevgisi

Bağdad Universitetinin incəsənət fakültəsinin məzunu və türkçə təhsil almaq üçün hazırda İzmirdə olan Dhiaa bu şəhərdə Mustafa Kamal Atatürkü daha yaxından tanıma fürsəti əldə edib. Keramika parçaları ilə 3 ay ərzində 2x1 metrlik ölçüsündə Atatürkün portretini hazırlayan heykəltəraş əsəri İzmir Böyükşəhər bələdiyyəsinə hədiyyə edib.

"Atatürk dahi şəxsiyyətdir, İzmiri və ölkəsini xilas edib. Bizə də Atatürk kimi güclü bir insan lazımdır" deyə S. Dhiaa bildirib.

İzmir Böyükşəhər Bələdiyyəsinin sosial layihələr üzrə rəhbəri Aytuğ Balcıoğlu iraqlı sənətçinin hədiyyəsindən məmnun olduqlarını, hədiyyəni Buca Uşaq və Gənclik Mərkəzində sərgiləyəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr