Çağan Irmaka "Türk kinosunda mükəmməllik" mükafatı verilib

Amerika Birləşmiş Ştatlarında, 15-ci dəfə təşkil edilən Boston Türk Film Festivalında rejissor Çağan İrmaka "Türk kinosunda mükəmməllik" mükafatı verilib.

457407
Çağan Irmaka  "Türk kinosunda mükəmməllik" mükafatı verilib

Amerika Birləşmiş Ştatlarında, 15-ci dəfə təşkil edilən Boston Türk Film Festivalında rejissor Çağan İrmaka "Türk kinosunda mükəmməllik" mükafatı verilib.

Festival rejissor Tolqa Qaraçeliyin '' Sarmaşıq '' adlı filminin təqdimatı ilə başlayıb.

Boston Gözəl Sənətlər Muzeyində təşkil edilən mərasimdə rejissor Çağan İrmak və Tolqa Qaraçelik müsahibə verib.

Daha sonra İrmakın son filmi "Nadide Həyat"ın Şimali Amerikadakı ilk təqdimatı izlənilib, onun filmlərindən olan "Dədəmin İnsanları"na baxış keçirilib.

Ardınca təşkil edilən mərasimdə İrmaka "Türk kinosunda mükəmməllik mükafatı" təqdim edilib.

Festivalda qonaq qismində iştirak edən rejissorlar arasında İrmak və Qaraçeliklə yanaşı Zəki Dəmirkubuz, Ben Hopkins, Mustafa Qara, Fərrux Hacıhafızoğlu, Əhməd Boyaçıoğlu, Yasəmən Axıncı, Ramazan Dinlər, Gündüz Sevdi, Salman Naçar və Şərif Yenən də var.

Qeyd edək ki, Boston Globe qəzeti tərəfindən "Maraq mərkəzi Türkiyə" festivalı proqramında, bu il 21 film iştirak edir.

2007-ci ildən bəri hər il bir rejissora Türk kinosuna verdikləri töhvələrə görə verilən "Türk kinosunda mükəmməllik" mükafatı, əvvəlki illərdə Zəki Dəmirkubuz, Reha Ərdəm, Nuri Bilgə Ceylan, Yeşim Ustaoğlu, Dərviş Zaim, Tayfun Pirsəlimoğlu, Erden Kıral, Rəis Çelik və Onur Məşhur "a təqdim edilib.



Әlaqәli Xәbәrlәr