Türkiyəyə sığınan suriyalı qızın həyatından bəhs edən film

Türkiyəyə sığınan suriyalı qızın həyatından bəhs edən “Gabra" filmi, “Kann Film Festivalı"-nın “Cannes Short Film Corner" tədbirinə dəvət edilib.

448824
Türkiyəyə sığınan suriyalı qızın həyatından bəhs edən film

Hakkı Görgülünün rejissoruluq etdiyi və Türkiyəyə sığınan suriyalı qızın həyatından bəhs edən “Gabra" filmi, “Kann Film Festivalı"-nın “Cannes Short Film Corner" tədbirinə dəvət edilib.

Suriyadakı müharibədə bütün ailəsini itirən və Türkiyəyə sığınan bir qızın həyat mübarizəsindən bəhs edən və 2015-ci ildə “Beynəlxalq 7 Vilayət Qısa Film Festivalı" müsabiqəsində ən yaxşı ssenari mükafatı qazanan “Gabra", 2016 Kann Film Festivalında minlərlə filmin üzv olduğu “Cannes Short Film Corner" tədbirində nümayiş etdiriləcək.

Ssenarisi Batuhan Arıcıoğlu tərəfindən yazılan film, Gabranın Türkiyəyə sığınaraq yaşadığı həyat mübarizəsindən bəhs edir. Qəbirstanlıq işçisi olan İsmayıl, Azərbaycanlı filosof və təsəvvüf ustası olan Seyid Yəhya Şirvaninin təlimini özünə sevgi və doğruluq yolu olaraq seçməsi Gabranın həyata olan sevgisini artırır.

Prodüser və layihə koordinatoru olan Eda Sürmelinin rəhbərlik etdiyi filmdə İsmayıl rolunu Bülent Ergün, Gabra rolunu isə Tutqu Karaca canlandırıb.



Әlaqәli Xәbәrlәr