Gitara virtuozu Al Di Meola İstanbulda konsert verdi

İtalyan əsilli amerikalı məşhur gitara virtuozu Al Di Meola "CRR 3. Caz Fevralı " adlı konsertləri ilə İstanbullu musiqisevərləri sevindirdi.

437049
Gitara virtuozu Al Di Meola İstanbulda konsert verdi

Camal Rəşid Rey (CRR) Konsert Salonunda keçirilən konsertdə səhnəyə çıxan Meola "Elysium" adlı son albomuna daxil etdiyi John Lennon və Paul McCartnenin və Argentinalı məşhur tango bəstəkarı Astor Piazollanın əsərlərini səsləndirdi.

Bu günə qədər Türkiyədə dəfələrlə səhnəyə çıxan sənətçinin konsertinə tamaşacılar təfəfindən böyük maraq vardı.

Musiqi karieri boyunca Stanley Clarke, Lenny White, Jean-Luc Ponty və bireli Lagrene kimi məşhur musiqiçilərlə çalışan Meola, son çıxardığı studiya albomu "Elysium" un "Cənnət" mənasını verdiyini ifadə edir.



Әlaqәli Xәbәrlәr