ABŞ Kilis vilayǝtinin Nobel mükafatına namizədliyinə dəstək verib

ABŞ dövlǝt katibliyinin Əhali, İmmiqrantlar və Miqrasiya Bürosu, Kilisin Suriyalı qaçqınlara yardımlarından ötəri Nobelǝ namizəd olduğuna dair məqaləni, rəsmi Twitter hesabında paylaşıb.

436841
ABŞ Kilis vilayǝtinin Nobel mükafatına namizədliyinə dəstək verib

ABŞ-da yayımlanan Beynəlxalq Xalq Radiosunun internet saytında ǝks edǝn məqalədə Kilisin, Suriyalı qaçqınlara yardımları yüksǝk qiymǝtlǝndirilib.

Kilisdǝki Suriyalıların Türk vǝtǝndaşı olduqları, şǝhǝrdǝ 120 min qaçqının qonaq edildiyi xatırladılan məqalədə, Ədalət və İnkişaf Partiyasının sǝdr müavini Ayhan Səfər Üstünün Kilis şǝhǝrini Nobel Sülh Mükafatı üçün namizəd göstǝrdiyi, bunun isǝ atılan doğru addım olduğu vurğulanıb.

Qeyd edǝk ki, AKP-nin sǝdr müavini Üstün, Nobel Komitəsinə yazdığı məktubda, Kilislilerin Suriyalılar ilǝ sǝrgilǝdiklǝri tǝqdirǝ şayan hǝmrǝyliyi sǝbǝb göstǝrǝrǝk Nobel sülh mükafatının Kilisǝ verilməsi üçün müraciət etmişdi.



Әlaqәli Xәbәrlәr