Məltəm Yılmazın romanı "Soraya" Books at Berlinaledə

Məltəm Yılmazın "Soraya" romanı Berlin Film Festivalında təqdim olundu.

435759
Məltəm Yılmazın romanı "Soraya"  Books at Berlinaledə

Suriyalı gənc qaçqın qadının Türkiyədəki dramının eşq hekayəsi fonunda təsvir edildiyi roman beynəlxalq kino prodüserlərinə təqdim olundu. Berlinalenin Frankfurt Kitab Sərgisi ilə birgə keçirdiyi bu tədbir prodüserlərlə ədəbi əsərlərin adaptasiya hüququna malik insanları görüşdürürərək bu əsərləri kinoya uyğunlaşdırmaq üçün imkan yaradır. Bu il 25-dən çox ölkədən 130 əsərin müraciət etdiyi seçkidə son 11-ə qalan kitablardan biri də Məltəm Yılmazın romanı oldu. Kitabın hüquqlarına malik olan "Qələm Agentliyi"ni təmsil edən Nazlı Gürkaş Berlində idi. Gürkaş: "Soraya" bir suriyalı qadının hekayəsidir, milyonlarla hekayədən yalnız biridir. Əslində kitab oxucularına bu sualla müraciət edir: "Əgər bu, siz olsaydınız?" Çox etibarlı ölkələrdə yaşadığımızı zənn edirik, xüsusilə Şimali Avropa . Amma bir gün heç gözləmədiyiniz bir müharibə çıxsa və ailənizlə əlaqəniz qopsa, pulsuz, evsiz küçədə tək başınıza qalsanız və getdiyiniz ölkədə ixtisasınızın heç bir ekvivalentliyi olmasa.... Bu şərtləri düşünəndə nələr gəlir ağlınıza? " dedi. Gürkaş "Books at Berlinale" tədbirində görüşdükləri film prodüserləri ilə birgə qarşıdakı aylarda romanın ekranlara köçürülməsi məsələsində irəliləyiş təmin edəcəklərinə ümidli olduqlarını deyir.



Әlaqәli Xәbәrlәr