52-ci Beynəlxalq Antalya Film Festivalının ilk mükafatları

“Ən yaxşı film” mükafatı Emre Konukun rejissorluğu ilə çəkilən “Çıraq” ("Çırak") filminə verilib. "Yardımçı aktrisa" mükafatını isə eyniadlı filmdəki roluna görə Çiğdem Selışık alıb.

402133
52-ci Beynəlxalq Antalya Film Festivalının ilk mükafatları

  “Birlikdə məhəllə eşqinə” (“Takım Mahalle Aşkına”) filmi mərasimdə 3 mükafat almaqla gecəyə möhürünü vurub.

  “Qızıl Portağal” (Altın Portakal) ənənəvi mükafatının 4-ünü TRT-nin ortaq prodüserliyilə çəkilən filmlər alıb.

  “Yardımçı aktyor” mükafatı TRT-nin ortaq istehsalı olan “Muna” filmindəki roluna görə Kaan Çakıra verilib.

  TRT-nin yenə ortaq istehsalı ilə çəkilən digər “Kələntər soyuğu” (“Kalandar Soğuğu”) filminə görə Avni Tolunay Münsiflər Heyətinin Xüsusi mükafatına layiq görülüb.

  “Ən yaxşı rejissor” mükafatını “Gizli” ("Saklı") filminə görə Selim Evci, sənədli film mükafatını “Zövq” (Zevk) filminə görə Uluç Erdem Ersen, qısametrajlı film “Zilan”a görə isə mükafatı isə Mehmet Aksum Akyel alıb.

  Antalya Böyükşəhər Bələdiyyəsi tərəfindən bu il 52-cisi təşkil edilən Beynəlxalq Antalya Film Festivalında ikisi xüsusi olmaqla 34 mükafat veriləcəyindən bu ildən etibarən festivalın iki ayrı-ayrı mərasim təşkil edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr