Tokioda "Ərtoğrul 1890" filminin nümayişi olub

Türk-yapon dostluğunu gücləndirən iki həqiqi hekəyinin bəhs olunduğu “Ərtoğrul 1890” filminin premyerası keçirilib.

397860
Tokioda "Ərtoğrul 1890" filminin nümayişi olub

Filmin nümayişindən əvvəl Yaponiyalı rejissor Mitsutoşi Tanaka və türk aktyorlar Alican Yücesoy, Melis Babadağ, Murat Serezli və Kenan Ece türk və yapon qonaqları salamlayıb.
Türkiyə və yaponiyanın ilk birgə işi olan “Ərtoğrul 1890” film nümayişindən əvvəl Yaponiya Baş nazir Şinzo Abe ilə Dövlət başçısı Rəcəp Tayyib Ərdoğanın türk, yapon və ingilis dilində mesajları səslənib.
“Türkiyə və Yaponiyanın birgə layihəsi olan “Ərtoğrul 1890” filminin çəkilişlərinin başa çatmasından məmnun oldum. Bu vasitə ilə filmin həyata keçirilməsində zəhməti olan hər kəsi təbrik edir, təşəkkürlərimi bildirirəm. Ümid edirəm ki, bu film geniş tamaşaçı kütləsinin marağına səbəb olacaq” deyə Ərdoğan səsləndirib.
Bu günədək Türkiyədə çəkilmiş ən böyük büdcəyə malik olan filmin təşkilatçılığını Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyada isə “Ərtoğrul film Partners” öz üzərinə götürüb.
Film, 1890-cı ildə 600-dən artıq ekipaj üzvü ilə fırtınaya yaxalanaraq, yapon sularında batan Osmanlı döyüş gəmisi “Ərtoğrul”un hekayəsi və 1985-ci ildə yapon vətəndaşının o dövrün baş naziri Turqut Özalın təlimatı ilə THY tərəfindən İran-İraq döyüşündən xilas olunmasının ssenari ilə çəkilib.
“Ərtoğrul 1890” filmi iki ölkə arasındaki dostluğun 125-ci ili münasibətilə dekabrın 5-də Yaponiyada, 25-də isə Türkiyədə nümayiş olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr