Expo 2016 Antalya Flower Show sərgisinə hazırlıqlar başladı

Türkiyənin Antalya şəhərində açılacaq Expo 2016 Antalya Flower Show sərgisinə hazırlıqlar başladı.

356169
Expo 2016 Antalya Flower Show sərgisinə hazırlıqlar başladı

23 aprel 2016-cı ildə gerçəkləşdiriləcək beynəlxalq sərgi ərəfəsində İstanbulda təqdimat iclası keçirilidi.

EXPO Baş Katibinin Müavini Murad Danışman iclasda: "EXPO iştirakçı ölkə üçün brendləşmə və inkişaf etmə istiqamətində mühüm bir vasitədir. Xalq üçün təhsil və əyləncə təcrübəsidir. İştirakçılar üçün isə expo beynəlxalq sosial yardımlaşma və iqtisadi imkanlar təqdim edir" dedi.

EXPO 2016 Antalya Flower Show "Çiçək və Uşaq" mövzusu ilə Türkiyədə ilk dəfə keçiriləcək.

Sərgi üçün Antalyaya bir sıra infrastruktur investisiyaları qoyuldu.

23 apreldə açılışı olacaq beynəlxalq sərgiyə 40-dan çox ölkənin qatılması gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr