Türkiyəli dirijor İranda konsert verib

Erol Erdinç: “Dünyanın heç bir yerində İranda olduğu kimi intizamlı orkestr görmədim”

419612
Türkiyəli dirijor İranda konsert verib

Erol Erdinç: “Dünyanın heç bir yerində İranda olduğu kimi intizamlı orkestr görmədim”
Tehran Simfonik Orkestrinin məşhur iranlı dirijoru Alexandr Rahbari yerini dirijor Erol Erdinçe tǝhvil verib.
Noyabrın 4-də orkestr ilə ilk konsertini keçirən Erdinç Mozartın Requiem əsərini ifa edib.
Sənətkar bu il Tehranda dekabrın 30-31, mayın 4-5 və avqustun 17-18 tarixlərində daha üç konsert keçirəcək. ABŞ, Çin kimi müxtəlif ölkələrə turneyə çıxacaq.
Təqribən 90 orkestr ifaçısı, 132 xor solistindən ibarət olan Tehran Simfonik Orkestrinin dirijoru Erol Erdinç “Burda musiqidən anlayan böyük bir tamaşaçı kütləsi var. Dünyada çalışdığım Sankt-Peterburq filarmoniyası və Rusiya Dövlət simfonik Orkestri də başda olmaqla bu qədər intizamlı bir orkestr görmədim” deyə vurğulayıb.
Erol bunun iki ölkə arasında mədəniyyət sahəsində körpü rolunu oynacağını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr