Kamal Sunal sərgisi

29 noyabr - 6 dekabr tarixləri arasında 52-ci Beynəlxalq Antalya Film Festivalı reallaşacaq.

416081
Kamal Sunal sərgisi

  Festivalda Türkiyə kinosunun görkəmli adlarından biri olan Kamal Sunalın xatirə günü münasibətilə “Kamal Sunal sərgisi” açılacaq.

  Sərgi aktyorun filmlərdə geydiyi paltar və istifadə etdiyi əşyalardan ibarət olacaq.

  "Qapıcılar kralı" filmindəki roluyla 1977-ci ildə “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə "Qızıl portağal" mükafatı qazanan və canlandırdığı xarakterlərlə mavi ekranın unudulmayan simaları arasında olan aktyoru bir daha xatırladacaq sərgi həyat yoldaşı Gül və uşaqları Ezo ilə Əli Sunalın təşkilatçılığıyla təşkil edilib.

  Sərgidə Kamal Sunalın "Hababam sinfi" filmində idman dərslərində geydiyi ağlı-qırmızılı köynək və "Süd qardaşlar"dakı dənizçi forması da nümayiş olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr