"Balşoy Teatrda səhnəyə ən çox çıxan Türkiyəli tenor mənəm"

Rusiyanın dünyaşöhrətli Bolşoy Teatrında “Karmen” operasında Don Jose baş rolunda oynayan Türkiyənin böyük tenorlarından biri Murat Karahanın ifasını tamaşaçılar ayaqüstündə alqışlayır.

414862
"Balşoy Teatrda səhnəyə ən çox çıxan Türkiyəli tenor mənəm"

  Qeyd edək ki, opera sənətçisi Murat Karahanın Rusiya teatrsevərləri ilə ilk tanışlığı 2013-cü ildə Latviya Milli Operasının səhnəyə qoyduğu “Lucia di Lammermoor” operası ilə olub və o gündən tez-tez Moskvadan dəvət alır.

  Ankara Dövlət Opera və Balet Teatrının aktyoru, Türkiyənin görkəmli tenoru Karahan: “Dünyanın çox ölkəsində səhnəyə çıxmışam, ancaq Balşoy Teatrda oynamaq tamam başqa bir duyğudur,” deyir.

  Balşoy Teatrda əvvəllər “La Boem and La Traviata” tamaşalarında çıxış edən Murat Karahan deyir: “Bu səhnəyə çıxan ikinci Türkiyə opera sənətçisiyəm. Bildiyimə görə, məndən əvvəl “Giselle” baletində Gizel rolunda səhnəyə çıxıb rəqs edən ilk türkiyəli balerina Meriç Sümen, sonra opera sənətçisi Leyla Gencer olub. Ancaq bu səhnəyə ən çox çıxan türkiyəli sənətçi, sanıram ki, mənəm".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr