Tuba Büyüküstün ǝn yaxşı aktrisa mükafatına layiq görülüb

Tuba Büyüküstün, Vatikanda təşkil edilən Beynəlxalq Giuseppe Sciacca Mükafatlarının verildiyi mərasimdə, "Ən yaxşı qadın oyunçu" mükafatı ilǝ tǝltif olunub.

413037
Tuba Büyüküstün ǝn yaxşı aktrisa mükafatına layiq görülüb

Gənc yaşda və bir dini mǝrasim əsnasında həyatını itirən memarlıq fakultǝsi tǝlǝbǝsi Giuseppe Sciaccanın xatirəsinə tǝşkil edilǝn və müxtəlif sahələrdə dünyanın fərqli ölkələrdən insanların mükafatla tǝltif olunduğu mərasim, Vatikananın Pontifica Universita Urbaniananın Magna salonunda reallaşdırılıb.
Mǝrasimdǝ, seriyal və filmlərdəki rolunu uğurla sǝrgilǝmǝsi vǝ 2014-ci ilin UNCEF-in Yaxşı Niyyət Elçisi olması səbəbiylə "Ən Yaxşı Qadın Oyunçu" seçilən Büyüküstün, mükafatını aldıqdan sonra etdiyi çıxışında “həyatda ən əhəmiyyətli şeyin insanların ürəyinə xitab edərək, onların həyatlarını əks istiqamətdə dəyişdirə bilmǝkdir” deyǝ vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr