2.4 milyon dollarlıq gitara

Əfsanəvi Con Lennonun gitarası Beverli Hillsdə 2,4 milyon dollara satılıb.

413028
2.4 milyon dollarlıq gitara

1960-cı illərdə oğurlanan gitaranı hərracdan satın alan şəxs adının açıqlanmasını istəməyib.
Gibson gitarasını 1962-ci ildə Liverpulda alan Lennon ondan "Love Me Do", "Please Please Me", "I Want to Hold Your Hand" və "From Me to You" mahnıları üzərində işləyərkən istifadə edib.
Gitara 1964-cü ildǝ “The Beatles” qrupunun Londonda Milad bayramına həsr olunmuş konsertindən sonra itib.
Bir neçə ildən sonra musiqi instrumenti ABŞ-ın komission mağazalarının birində aşkar olunub. Mağaza sahibi gitaranı bir neçə yüz dollara əldə edib və sonradan şəkillərdən onun “Beatles” qrupuna məxsus olduğunu öyrǝnib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr