Ərciyəs xizək mövsümünə yenə vaxtından qabaq hazırdır

İldə təxminən 2 milyon adamın gəldiyi Ərciyəz Xizək (Erciyes Kayak) Mərkəzində bütün hazırlıqlar tamamlanaraq enmə zolaqları və mexaniki qurğular qışa hazır vəziyyətə gətirilib.

361267
Ərciyəs xizək mövsümünə yenə vaxtından qabaq hazırdır

  Ərciyəs Xizək Mərkəzi Türkiyədə son üç ildir qış mövsümünü ən erkən açan xizək mərkəzidir. Bu il də Mərkəz qarın yağmasını gözləmədən, havanın temperaturu mənfi 4-5 dərəcəyə düşən kimi süni qar maşınlarıyla meydanlara qar tökərək mövsümü açır. Xizək Mərkəzində 150 qar maşını ilə təxminən 2 milyon kvadrat metrlik meydançalara qar tökülür.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr