Diyarbəkir Qarpız Festivalına hazırlaşır

Diyarbəkir qarpızları böyüklüyü və ləzzətiylə şəhərin simvoludur. Adına illərdir festival təşkil edilir.

330284
Diyarbəkir Qarpız Festivalına hazırlaşır

  Keçmişdə çəkisinə görə dəvələrlə daşınan, qılınclarla kəsilən Diyarbəkir qarpızının şəninə, hər il olduğu kimi, bu il də Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi və Diyarbakır Valiliyi tərəfindən sentyabr ayında "Qarpız və Mədəniyyət Festivalı" təşkil ediləcək. Buna görə yarışmalar üçün indidən qarpızlar daha diqqətlə yetişdirilməyə başlanılıb.

  Yerli xalq ata-babalarından qalan qarpız becərmə işini illərdir həvəslə davam etdirir. İstehsalçılar bu il də yarışmaya iddialı olaraq qatılacaqlarını bildiriblər. Çünki bu günə olan məlumata görə, təkcə yetişdirilən toxum çəkisi 65-70 kiloqrama çatır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr