Aİ müfəttişləri Disneylandı təftiş edir

Fransanın məşhur oyun və əyləncə parkı Disneyland Avropa İttifaqı tərəfindən araşdırmağa başlanıb.

307918
Aİ müfəttişləri Disneylandı təftiş edir

  Avropa İttifaqının müfəttişləri aralarında İttifaq üzvü ölkələrin də olduğu bəzi xarici turistlərin Disneylandda ayrı-seçkiliyə məruz qaldıqları iddiaları əsasında hərəkətə keçiblər.

  Turistlər girişdə və içəridə onlardan Fransa vətəndaşlarına nisbətən daha çox ödəniş istənildiyindən şikayət ediblər.

  Bir başqa iddia isə parkdakı bölüm və oyunların bəzi ölkə vətəndaşlarına qadağan olunduğu və ya məhdudlaşdırıldırıldığı barədədir.

  Avropa Komissiyasına gələn şikayət ərizələrindən sonra hərəkətə keçən müfəttişlər araşdırma işlərinə başlayıb.

  Müfəttişlər çox ödəniş alınmasının və coğrafi ayrı-seçkilik tətbiqinin Avropa İttifaqı qaydalarına zidd olduğunu və oyun mərkəzinin buna görə cinayət məsuliyyəti daşıdığını bildiriblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr