Mersinin Qız qalası ətrafı yenidən canlandı

YUNESKO-nun Dünya Mirası Siyahısında və Mersinin əhəmiyyətli turizm mərkəzləri arasında yer alan, tarixi və təbii gözəlliyi ilə cəlb edən Qız qalası (Kızkalesi) bayramda yerli və xarici minlərlə turistin uğradığı məkan olub.

381729
Mersinin Qız qalası ətrafı yenidən canlandı

  Otellər dolub, diyar turizm işçilərinin üzünü güldürüb.

  İstiliyin 32 dərəcə, rütubətin 60 faiz olduğu bölgədə istidən tərləyən turistlər özlərini çimərliklərə təslim edirlər. Tarixi Qız qalasının qarşısında dənizə girmə fürsəti gözləyənlərsə hər anı əbədiləşdirmək üçün qalanın qarşısında şəkil çəkdirirlər.

  Bölgənin turizm işçiləri deyir ki, “Ramazanda yaşanan durğunluqdan sonra bayramın ilk günündən Mersin yenidən hərəkətlənib. Yerli və xarici olmaqla çox sayda turist diyara səfər edərək tətillərini xoş keçirirlər”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr