Şavşat sakit şəhər adını aldı

“Cittaslow 2015” Baş İdarəsi Artvinin Şavşat qəsəbəsinə sakit şəhər adını verib.

320093
Şavşat sakit şəhər adını aldı

  Artvin valisi Sayın Kamal Cirit 21-23 iyun tarixlərində İtaliyanın Milan şəhərində keçirilən mərasimdə Şavşata sakit şəhər titulu verildiyini söyləyib.

  Dünyada 200-ə yaxın yaşayış yerinin bu adı aldığını bildirən Cirit deyib: "Şavşat çöl sahəsiylə şəhər mərkəzi arasında əski ənənələrin pozulmadığı, təbii gözəlliyi, musiqisi və digər mədəni elementlərilə özünəməxsus bir şəhərdir. Onu dünyaya tanıtmaq istədik və istəyimizə nail olduq".

  Qeyd edək ki, Türkiyədə bundan əvvəl Seferihisar, Perşembe, Yalvaç, Taraklı, Gökçeada, Vize, Akyaka, Yenipazar və Halfeti də sakit şəhər titulu alıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr