"Expo Milano"da Türkiyə

İqtisadiyyat naziri Nihat Zeybekci "Expo Milano” Türkiyə bölümünün (pavilyonunun) rəsmi açılış mərasimində iştirak edib, Türkiyənin bütün mədəniyyətlərin, dinlərin görüşdüyü coğrafiyada olma xüsusiyyətlərinin burada göstərildiyini söyləyib.

307775
"Expo Milano"da Türkiyə

  Zeybekci çıxışı zamanı “Expo Milano”da olmaqdan böyük qürur duyduğunu bildirib.

  Türkiyə “Expo Milano”da ən böyük 5-ci bölümdən birinə sahib ölkədir, 4170 kvadrat metrlik sahədə 22 milyon insanı qarşılamağa hazırdır.

  Türkiyə sərgidə vizual simvol olaraq narı seçib. Nar dənələrinin rəngli və qoruyucu qabığının içərisində qoruyub saxlaması, Anadolunun fərqli mədəniyyətlərini daşımasını, gözəllik və zənginliyi əks etdirir.

  Sərginin açıq, yarı açıq və bağlı olmaqla 3 əsas hissədən ibarət olan Türkiyə bölümündə Osmanlı saraylarının qübbə və qüllə memarlığı, kəmərlər, körpülər, ulu çinarlar, çeşmələr, ənənəvi türk evləri, mədrəsələr və s. görüntülərlə nümayiş etdirilir.

  “Expo Milano” 31 oktyabra qədər açıq olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr